Nigeriyanın Koqi əyalətində baş verən silahlı hücumda 19 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Koqi əyalətinin Omala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.
Hücum nəticəsində 19 nəfər ölüb, onlarla insan yaralanıb.
Bir çox evin yandırıldığı hücumda yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.
Koqi Ştat Polisi hadisəni təsdiqləyib və araşdırmaya başlanıldığını açıqlayıb.
Aysu Demokrat.az


