Dünya Özəl

Axtarışda olan çoxlu sayda şübhəli saxlanıldı

Axtarışda olan çoxlu sayda şübhəli saxlanıldı

Türkiyədə müxtəlif cinayətlərdən axtarışda olan 186 şübhəli saxlanılıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, mart ayı ərzində Ərzurum vilayətində həyata keçirilən əməliyyat və yoxlamalarda 113 min 470 şəxs sorğu-sual edilib.

Sorğular zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 186 şübhəli ələ keçirilib.

Bundan əlavə, yoxlamalar zamanı 8-i boş patron olmaqla 16 silah, 62 bıçaq, 67 patron, 3 kilo 3,6 qram narkotik vasitə götürülüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova