Hindistanın Odişa sahillərində yerləşən Abdul Kalam adasında Strateji Qüvvələr Komandanlığının uçuş sınağı uğurla həyata keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, “Agni Prime” raketlərindən istifadə olunan uçuş testinin müvəffəqiyyətlə baş tutduğu ifadə edilib.
Hindistan istehsalı olan “Agni Prime” raketlərinin sınaqları 2021-ci ildən davam edir.
“Agni Prime” raketlərinin məsafəsi 1000 ilə 2 min kilometr arasında dəyişir və raketlər nüvə başlıqları daşıya bilir.
Aysu Demokrat.az


