Fransa Ukraynaya yüzlərlə hərbi təyinatlı zirehli texnika göndərəcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fransa dövləti 2025-ci ilin əvvəlinə qədər “yeni hərbi yardım paketi” çərçivəsində Ukraynaya yüzlərlə işlənmiş zirehli hərbi texnika göndərəcək.
Fransanın Müdafiə Nazirliyinin açıqlamasında Ukraynanın geniş cəbhə xəttinə sahib olması və hərbi hissələrin hərəkətliliyi baxımından bu vasitələrin əhəmiyyətindən bəhs olunub.
Aysu Demokrat.az


