Deputat Vüqar Bayramov Milli Məclisdə qeyd edib ki, bəzi sahələrdə qeyri-dövlət sektorunda çalışanlar gəlir vergisindən azad edilib, dövlət sektorunda çalışanlar isə bunu ödəməyə davam edirlər. Bu da ixtisaslı kadrların cəlb edilməsində çətinlik yaradır, rəqabət pozulur.
Vergidən azadolmalarla bağlı dəyişiklik edilməlidirmi?
Bu, büdcəyə necə təsir edəcək?
Məsələ ilə bağlı vergi eksperti Anar Bayramov Demokrat.az-a açıqlama verib.

Onun sözlərinə görə, son dövrə qədər özəl sektorda əməkhaqqları heç də real göstəriciləri əks etdirmirdi:
“Yüksək əməkhaqqı alan işçiyə əmək müqaviləsində daha az məbləğ yazılırdı. Həmin rəqəm ya minumum əməkhaqqıya yaxın, ya da onun ətrafında olan rəqəmlərə yaxın məbləğ yazılırdı. Buna da səbəb verginin çox tutulması göstərilirdi. Bu səbəbdən də işəgötürən işçini az məbləğ yazır ki, maaşdan da az məbləğ çıxsın.
Dövlət bu sektorda əməkhaqqını şəffalaşdırmaq məqsədi ilə belə bir güzəşt etdi ki, işəgötürənin vergi yükü azalsın. Qeyri-dəqiq məbləğ göstərilməsin. Onun yeirnə əməkhaqqını tam şəffaf qayda da yazılsın. Lakin bu güzəşt neft, qaz və dövlət sektoruna şamil edilmədi. Səbəbi isə onsuz da bu sektorda əməkhaqqları rəsmi idi və dəqiq göstərilirdi. Heç bir əməkhaqqı gizli deyildi. Ona görə bu cür güzəştin dövlət sektoruna tətbiq olunmasının heç bir mənası yoxdur”.
Vergi eksperti diqqətə çatdırıb ki, bu tipli güzəşt və azadolunmaların nəticəsində orta aylıq əməkhaqqı kifayət qədər yuxarı qalxıb:
“Dövlət sektorunda da digər azadolunmalar, güzəşətlər daim nəzərdə tutulur. Bunu diskriminasiya adlandırlanlar da var, amma belə deyil. Bu iqtisaiyyatın tənzimləmə metodlarından biridir. Güzəşt və azadolunma hər hansısa sahəyə verilirsə o sahədə artım müşahidə olunur.
Yoxsa dövlət maraqlı deyil ki, büdcəyə daxil olan vergilərdən imtina etsin. Burada konkret səbəb var. İxtisaslı kadrların cəlb olunmasında da inanmıram ki, çətinlik yarasın və ya rəqabət pozulsun. Hər iksində də əməkhaqqı aşağı-yuxarı eynidir”.
Törə Zeynallı Demokrat.az


