Dünya Özəl

Hindistanda dəhşətli qasırğa, ölənlər var

Hindistanda dəhşətli qasırğa, ölənlər var

Hindistanın şimal-şərq ştatlarında baş verən qasırğada 7 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Məlumata görə, ölkənin şimal-şərq ştatlarında qasırğa baş verib və güclü yağış yağıb.

Fırtına səbəbindən baş verən qəzalarda 7 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb.

Bölgədə ildırım vurması nəticəsində isə 6 nəfərin yaralandığı bildirilib.

Bundan başqa, fırtınada yüzlərlə ev, bina və infrastruktura ziyan dəyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova