Dünya Özəl

Qazaxıstanda daşqın: Çoxlu sayda evi su basdı

Qazaxıstanda daşqın: Çoxlu sayda evi su basdı

Qazaxıstanda əriyən qarın yaratdığı sel nəticəsində 1500-ə yaxın ev su altında qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Baş Nazirliyindən açıqlama verilib.

Açıqlamaya görə, Baş nazir Olcas Bektenovun başçılıq etdiyi kabinet sel ilə əlaqədar iclas keçirib.

Bektenov, havalar isindikcə ölkədə yeni daşqın dalğası gözlədiklərini ifadə edib.

Həmçinin, qış aylarında yağan güclü qarın xüsusilə qərb ştatlarında geniş miqyaslı daşqınlara səbəb olduğunu bildirib.

Daşqınlar nəticəsində 1500-ə yaxın evin su altında qaldığını deyən Bektenov bəzi rayonlarda nəqliyyat infrastrukturunun da zədələndiyini qeyd edib.

Nazir son olaraq, 6 min 187-si uşaq olmaqla 15 min 786 nəfəri bölgələrdən təxliyə etdiklərini açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova