Dünya

KTMT-dən Paşinyana cavab

KTMT-dən Paşinyana cavab

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır”.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.Ad -00:03

“2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, “məsuliyyət zonası” üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası dövlət sərhədinin keçdiyi yerdə bitir”.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat “KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.

NE
Nihadə Eyyubova