ABŞ-nin İndianapolis şəhərində ticarət mərkəzinin qarşısında baş verən atışmada 7 uşaq yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım və polis qrupları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin stabil olduğu bildirilib.
Qeyd edək ki, naməlum səbəbdən baş verən hadisədə birdən çox silahdan istifadə edildiyi güman edilir.
Hücum ilə bağlı hələlik heç kim saxlanılmasa da, araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


