İraqın şimalındakı Hakurk bölgəsində 5 PKK terrorçusu Türk Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə əməliyyatlarını davam etdirir:
“Son əməliyyatlar nəticəsində, İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusunun Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Sərhəddən kənar və ölkə daxilində terror yuvalarını dağıtmağa davam edəcəyik”,- deyə paylaşımda qeyd olunub.
Aysu Demokrat.az


