Kriminal

Gəncədə usta bıçaqlanıb

Gəncədə usta bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

Sexdə rəngsaz işləyən 1979-cu il təvəllüdlü Altay Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib.

Hadisə yerində polis əməkdaşları cəlb olunublar.

NE
Nihadə Eyyubova