“Toyota Group” ötən il 10,8 milyon yeni avtomobil sataraq qlobal bazarda şəksiz lider olub.
Yeniavaz.comxəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb.
Bildirilib ki, bu, şirkətin 2022-ci ildə satdığı avtomobil sayısından 4,6 faiz çoxdur.
İkinci yerdə “Volkswagen Group” qərarlaşıb. Almaniya şirkəti ötən il 8,8 milyon avtomobil satıb ki, bu da 2022-ci ilin rəqəmlərini 10,9% üstələyir. İlk üçlüyü Yaponiya firması “Hyundai-Kia” tamamlayır. Şirkət 2023-cü ildə 7,1 milyon ədəd avtomobil satışı həyata keçirib.
Onluğu Çin istehsalçısı BYD tamamlayır. Şirkət il ərzində bazarda öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilib - artım 46,3% təşkil edib.
Qeyd olunur ki, bu dinamika avropa avtomobil istehsalçılarında ciddi narahatlıq yaradır. 2023-cü ildə ən çox avtomobil satan şirkətlərin ilk onluğu aşağıdakı kimidir:
“Toyota Group” - 10,8 milyon avtomobil; “Volkswagen Group” - 8,8 milyon avtomobil; “Hyundai-Kia” - 7,1 milyon avtomobil; “Renault Nissan Alliance” - 6,9 milyon avtomobil; “Stellantis” - 6,5 milyon avtomobil; “General Motors” - 6,2 milyon avtomobil; “Honda Motor” - 4,1 milyon avtomobil; “Ford” - 3,9 milyon avtomobil; “Suzuki” - 3,05 milyon avtomobil; “BYD” - 2,6 milyon avtomobil.


