Hadisə

Bakıda avtobus qəzaya uğradı: Yaralanan var

Bakıda avtobus qəzaya uğradı: Yaralanan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

D
demokrat.az