ABŞ-nin kosmik gəmi və raket istehsalçısı “SpaceX”, "Starlink" internet şəbəkəsi layihəsi çərçivəsində kosmosa 22 peyk göndərib.
Demokrat.az xəbər verir ki, bu barədə “Space” internet saytı məlumat yayıb.
Məlumata görə, “SpaceX” ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından Starlink peyklərini daşıyan “Falcon 9” raketini orbitə çıxarıb.
Bununla da, “Falcon 9”un daşıdığı 22 peyk orbitə çıxarılıb.
Qeyd edək ki, bu buraxılış “SpaceX”in 2024-cü ildə 26-cı missiyasıdır.
Aysu Demokrat.az


