Dünya Özəl

Qəzzada həyatını itirənlərin sayı artdı

Qəzzada həyatını itirənlərin sayı artdı

İsrail ordusunun Qəzza zolağına etdiyi hücumlarda can itkisi son 24 saatda 81 nəfər artaraq 31 min 726 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyindən açıqlama verilib.

Açıqlamada, İsrail qüvvələrinin Qəzza zolağına qarşı son 24 saatda təşkil etdiyi hücumlarda daha 81 fələstinlinin həyatını itirdiyi, 116 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 31 min 726, yaralıların sayının isə 73 min 792-yə çatdığı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova