Dünya Özəl

Lloyd Austin yaponiyalı həmkarı ilə danışdı

Lloyd Austin yaponiyalı həmkarı ilə danışdı

ABŞ-nin müdafiə naziri Lloyd Austin Yaponiyanın müdafiə naziri Kihara Minoru ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər danışıq zamanı iki ölkə arasında “CV-22 Osprey” tipli hərbi nəqliyyat təyyarələrinin yenidən fəaliyyətə başlaması ilə bağlı məmnunluqlarını bildiriblər.

İkili ABŞ və Yaponiya arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.

Sonda Austin yaxın vaxtlarda həmkarı ilə üz-üzə görüşəcəyini bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova