İtaliya Rəqabət Şurası sosial media platforması “TikTok”u 10 milyon avro cərimələyib.
Demokrat.az xəbər verir ki, bu barədə Rəqabət Şurasından açıqlama verilib.
Açıqlamaya görə, sözügedən sosial media platforması, yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmunlardan qorumadığı üçün ümumilikdə 10 milyon avro cərimələnib.
Belə ki, “TikTok” platformasındakı bəzi məzmunlar yetkinlik yaşına çatmayanların və həssas şəxslərin psixoloji və fiziki təhlükəsizliyini təhdid edir.
Buna baxmayaraq, sözügedən sosial media platforması bu cür məzmunların yayılmasının qarşısını almaq üçün tədbir görməyib.
Aysu Demokrat.az


