Dünya Özəl

ABŞ-də “TikTok” qadağan edilir

ABŞ-də “TikTok” qadağan edilir

ABŞ-də “TikTok” sosial şəbəkəsi qadağan olunur.

Demokrat.az xəbər verir ki, bu barədə qanun layihəsi ölkə Konqresinin Nümayəndələr Palatası tərəfindən dəstəklənib.

Belə ki, Konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65-i isə əleyhinə səs verib.

Sözügedən qanun layihəsi “ByteDance” şirkətindən “TikTok”un ABŞ-dakı səhmlərini 6 ay ərzində satmağı tələb edir.

Əgər şirkət satmasa, platforma ABŞ-da qadağan ediləcək.

Qeyd edək ki, qanun layihəsinin Prezident Co Baydenə təqdim olunması gözlənilir.

Aysu Demokrat.az

D
demokrat.az