Rusiyanın Moskva şəhər məhkəməsi “Google”u bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələyib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, “Google”a qarşı açılan məhkəmə işinə paytaxt Moskvada baxılıb.
Məhkəmə bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və “Google”u 4 milyon rubl məbləğində cərimələyib.
Xatırladaq ki, “Google” əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Aysu Demokrat.az


