Dünya Özəl

Məşhur solist 74 yaşında vəfat etdi

Məşhur solist 74 yaşında vəfat etdi

“All By Myself” mahnısı ilə tanınan “Raspberries” qrupunun solisti Erik Karmen 74 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, kədərli xəbəri müğənninin internet səhifəsində onun həyat yoldaşı Emi Karmen açıqlayıb.

Açıqlamada deyilir:

“Erik Karmenin vəfat etməsi xəbərini kədərlə bölüşürük. Şirin, sevgi dolu və istedadlı Erikimiz dünyasını dəyişdi. O, onilliklər ərzində musiqisi ilə çox insana toxundu. Zəhmət olmasa, ailəmizə hörmət edin”.

Qeyd edək ki, Karmenin ölüm səbəbi açıqlanmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova