Türkiyənin xarici işlər naziri Hakan Fidan Tunis səfiri Əhməd Misbah Demircanı qəbul edib.
Demokrat.az xəbər verir ki, bu barədə səfir sosial media hesabından paylaşım edib.
Paylaşımda deyilir:
“Türkiyənin Tunisdəki səfiri vəzifəsinə təyin olunmağım münasibətilə Xarici İşlər Nazirimiz cənab Hakan Fidana baş çəkdim.
Tunis ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün göstərişlərinə və mehriban qəbuluna görə nazirimizə minnətdarlığımı bildirmək istəyirəm.
Tezliklə Tunisdə işləməyə başlayacağam. Bu, iki dost və qardaş ölkə arasında əlaqələrin demək olar ki, hər sahədə inkişaf etdiyi bir dövr olacaq”.
Aysu Demokrat.az


