Dünya Özəl

Ukrayna 2 min kilometrlik müdafiə xətti hazırlayır

Ukrayna 2 min kilometrlik müdafiə xətti hazırlayır

Ukrayna 2 min kilometrlik 3 zolaqdan ibarət istehkamlar hazırlayır.

Demokrat.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski sosial media hesabında paylaşım edib.

Paylaşımda, o, Baş Komandan Qərargahının iclas keçirdiyini, Ukrayna Baş Qərargah rəisi Aleksandr Sirskinin və digər komandirlərin döyüş meydanındakı vəziyyətlə bağlı məruzələrini dinlədiyini bildirib.

Həmçinin vurğulayıb ki, ölkənin müdafiə naziri Rustem Umerov və strateji sənaye naziri Aleksandr Kamişi cəbhə bölgəsindəki ehtiyacların ödənilməsi ilə bağlı məlumat verib:

“Digər mühüm məsələ istehkamdır. Baş nazir Denis Şmıqalın yeni müdafiə xətlərinin çəkiliş sürəti ilə bağlı məruzəsini dinlədim. 2 min kilometr uzunluğunda 3 zolaqdan ibarət müdafiə xətti böyük hədəf olsa da, indiki hazırlıq sürəti yaxşıdır. Ümid edirəm ki, tikinti prosesi vaxtında yekunlaşacaq”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova