Dünya Özəl

Sərnişin təyyarəsində nasazlıq: Yaralananlar var

Sərnişin təyyarəsində nasazlıq: Yaralananlar var

Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə yaranan texniki nasazlıq nəticəsində 50 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə “New Zealand Herald” məlumat yayıb.

Məlumata görə, Sidneydən Oklendə uçan Latam Hava Yollarına məxsus təyyarə texniki nasazlıq səbəbindən silkələnib.

Təyyarədə baş verən silkələnmə nəticəsində 50-yə yaxın adam xəsarət alıb.

Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib, 13 nəfər xəstəxanaya çatdırılıb.

Texniki nasazlıqla bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova