Alp dağlarında itkin düşən 5 xizəkçinin cəsədi tapılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, bir qrup xizəkçi 3706 metr yüksəklikdəki Tete Blanç dağının yaxınlığında itib.
İsveçrə polisindən verilən açıqlamada, altı xizəkçidən beşinin ölü vəziyyətdə tapıldığı bildirilib.
Həmçinin digər şəxsin axtarışlarının davam etdiyi vurğulanıb.
Qeyd edək ki, qrup İsveçrə-İtaliya sərhədindəki Arolla istiqamətində xizək turu üçün yola düşmüşdü.
Aysu Demokrat.az


