Xarici siyasət

Prezident islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciət edib.

Demokrat.az xəbər verir ki, müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Qeyd edək ki, Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Tədbirdə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq iştirak edir.

D
demokrat.az