ABŞ-nin Tennessi ştatında kiçik təyyarənin magistral yolun yaxınlığında qəzaya uğraması nəticəsində bütün heyət üzvləri həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə bölgə polisi mətbuata açıqlama verib.
Açıqlamada, tək mühərrikli təyyarənin Neşvil şəhərində hava limanından təxminən 4,8 kilometr cənubda qəzaya uğradığı bildirilib.
Həmçinin, qəzada təyyarədəki bütün ekipaj üzvlərinin öldüyü bəyan edilib.
Bundan əlavə, polis, təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat ala bilmədiklərini və qəza yerində araşdırmaların davam etdiyini qeyd edib.
Aysu Demokrat.az


