Dünya Özəl

"El Moço" ləqəbli narkotik alverçisi tutuldu

El Moço ləqəbli narkotik alverçisi tutuldu

Kolumbiyada ölkənin ən böyük silahlı qruplaşmalarından biri olan “Klan del Qolfo”nun tanınmış lideri “El Moço” ləqəbli narkotik alverçisi saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Taraza şəhərinin kənd ərazisində “El Moço” ləqəbli Federiko Kardonanı ələ keçirib.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, bölgədə əməliyyat zamanı 2 kilo maye kokain və 1 kiloqramdan çox narkotik vasitə aşkarlanıb.

Qeyd edək ki, “El Moço”nun məşhur narkotik alverçilərindən biri olan "Otoniel" ləqəbli Dairo Antonio Usuqanın qardaşı oğlu olduğu öyrənilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova