Dünya Özəl

Pakistanda fəlakət: Çoxlu sayda insan həyatını itirdi

Pakistanda fəlakət: Çoxlu sayda insan həyatını itirdi

Pakistanın ucqar bölgələrinə yağan şaxtalı yağış və gözlənilməz qar nəticəsində azı 35 nəfər ölüb, onlarla insan yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ekstremal hava şəraiti Pakistanın şimal və qərb hissələrinə təsir edib, yolları bağlayıb və yüzlərlə evə ziyan vurub.

Sürüşmə nəticəsində uşaqlar da daxil olmaqla 35 nəfər dünyasını dəyişib, onlarla insan yaralanıb.

Mütəxəssislər qeyri-adi hava şəraitini iqlim dəyişikliyi ilə əlaqələndirib.

Həmçinin, əhaliyə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova