Dünya Özəl

Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov məlumat verib.

O bildirib ki, Çin dövləti ilə Ayda birgə tədqiqatlar aparmaq üçün müqavilə imzalayıblar:

“Çinlə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihə hazırlayırıq.

Hazırda 2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk.

Sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə hazırlanacaq”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova