Region

MİT PKK-nın “gənclər lideri”ni zərərsizləşdirdi

MİT PKK-nın “gənclər lideri”ni zərərsizləşdirdi

Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyə şəhərində PKK/KCK terror təşkilatının gənclər hərəkatının məsulu olan Gülsün Silgiri zərərsizləşdirib.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən məlumat əldə edilib.

Məlumata görə, Sara Hogir Riha kod adlı Gülsün Silgirin İraqın Süleymaniyyə şəhərinin Pencevin rayonunda olduğu müəyyən edilib. MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində terrorçu Gülsün Silgir zərərsizləşdirilib.

Terror təşkilatının qondarma gənclər hərəkatının məsulu olduğu müəyyən edilən Silgirin 2011-ci ildən etibarən Türkiyə ordusuna qarşı əməliytatlarda iştirak etdiyi və 2021-ci ildən etibarən gəncləri aldadaraq, təşkilata kadr cəlb etmək üçün fəaliyyətlər göstərdiyi müəyyən edilib.

D
demokrat.az