Yəməndə İranın dəstəklədiyi husilər İsrail və ABŞ hərbi gəmilərini raketlər və PUA-larla hədəfə alıb.
Demokrat.az xəbər verir ki, bu barədə Husilərin sözçüsü Yəhya Seri açıqlama verib.
Açıqlamada, Ərəb dənizində İsrailin “MSC SKY” adlı gəmisinə hücum edildiyi bildirilib.
Hücum nəticəsində gəminin raketlərlə vurulduğunu bildirən sözçü bundan əvvəl də Qırmızı dənizdə ABŞ və İngiltərə döyüş təyyarələrinə PUA və ballistik raketlərlə hücum edildiyini vurğulayıb.
Həmçinin, Qəzza zolağına hücumlar davam etdiyi müddətcə İsrailə gedən gəmilərin hədəfə alınacağı bəyan olunub.
Aysu Demokrat.az


