Hərbi Özəl

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı

Cənubi Koreya və ABŞ müdafiə mövqelərini gücləndirmək məqsədi ilə birgə hərbi təlimə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumata görə, “Azadlıq qalxanı” adlanan birgə təlim 11 gün davam edəcək.

Bildirilib ki, təlim iki ölkənin ortaq müdafiə mövqeyini artırmaq məqsədi daşıyır.

Bundan əlavə, əsas diqqət quru, dəniz, hava və kiber alətlərdən istifadənin təkmilləşdirilməsinə yönələcək.

Qeyd edək ki, təlim martın 14-də başa çatacaq.

Aysu Demokrat.az

D
demokrat.az