Dünya Özəl

Pikap mikroavtobusla toqquşdu — Xəsarət alanlar var

Pikap mikroavtobusla toqquşdu — Xəsarət alanlar var

Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla pikapın toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Mersin vilayətində baş verib.

Qəza nəticəsində mikroavtobusda olan 6 kənd təsərrüfatı işçisi yaralanıb.

Əraziyə təcili tibbi yardım, polis, jandarma və xilasetmə qrupları göndərilib.

Yaralılar həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları araşdırılır.

Aysu Demokrat.az

D
demokrat.az