Gündəm Özəl

Faşist ideologiyasına xidmət edən erməni kilsəsi — Sülhə qarşıdır

Faşist ideologiyasına xidmət edən erməni kilsəsi — Sülhə qarşıdır

Ermənistanda konstitusiya dəyişikliyi gözlənilir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl törədən amillərdən biri də məhz Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Bununla bağlı cari ilin iyun-iyul aylarında ölkədə referendum keçiriləcəyi bildirilir. Lakin Ermənistanda bəzi siyasi dairələr konstitusiya dəyişikliklərinin əleyhinədir, erməni kilsəsi də bu qüvvələr arasındadır.

Demokrat.az-ın xəbərinə görə ilahiyyatçı Tural İrfan qeyd edib ki, erməni kilsəsi Paşinyan hökumətinə etiraz edir, yeni konstitusiyanın qəbuluna qarşı çıxır:

“Məhz bu sübut edir ki, indiyə qədər Azərbaycana, Türkiyəyə qarşı torpaq iddiaları, soyqırımları, təcavüz erməni kilsəsinin ideoloji xətti sayəsində baş verib. Odur ki, erməni kilsəsinin hökumətə təsir qüvvəsi qaldıqca kilsə də humanist dini dəyərlərdən uzaqlaşıb faşist ideologiyasına xidmət edəcəksə, Ermənistan həmişə təcrid vəziyyətində qalacaq”.

T.İrfan bildirib ki, erməni kilsəsi xristian dini dəyərlərinə, xristian-müsəlman ortaq mədəni, mənəvi, tarixi ənənələrinə də xələl gətirir, inkişafına mane olur:

“Bunun aradan qalxması naminə və kilsənin əlində oyuncağa çevrilməmək üçün Ermənistan hakimiyyəti ciddi düşünməli, dini yöndə də islahatlar aparmalıdır. Dinin, erməni kilsəsinin siyasətə, dövlətin işlərinə həlledici müdaxiləsinə son qoyulmayınca, kilsə radikal, revanşist, təcavüzkar niyyətlərdən əl çəkmədikcə Ermənistan uçuruma doğru yuvarlanacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova