Dünya Özəl

Qəzzada həyatını itirənlərin sayı 30 mini ötdü

Qəzzada həyatını itirənlərin sayı 30 mini ötdü

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olanların sayı 30 mini keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.

O bildirib ki, Qəzza şəhərinin Nablusi qovşağı yaxınlığında fələstinlilərə qarşı İsrail qüvvələrinin həyata keçirdiyi hücumda daha 70 nəfər öldürülüb:

“Bununla da, 7 oktyabrdan bu yana bölgədə öldürülən fələstinlilərin sayı 30 mini keçib. Qeyd etmək lazımdır ki, hücumlarda ən azı 12 min 660 uşaq və 8570 qadın həlak olub”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova