Norveçin qərbində 6 nəfərin olduğu helikopter okeana düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində yaralanan 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
Helikopterin “Sikorsky S-92” modeli olduğu və qəza zamanı axtarış-xilasetmə təlimi missiyasında olduğu bildirilib. Qeyd edək ki, qəzanın hansı səbəbdən baş verməsi hələki məlum deyil.
Aysu Demokrat.az


