Dünya Özəl

Dövlət qulluqçuları da etiraz aksiyalarına başladı

Dövlət qulluqçuları da etiraz aksiyalarına başladı

Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətil aksiyasına başlayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bildirilib ki, aksiyalar Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışına əsasən başlayıb.

24 saatlıq tətil aksiyasını Mübarizə İşçiləri Cəbhəsi Həmkarlar İttifaqı (PAME) də dəstəkləyib.

Aksiya çərçivəsində, iştirakçılar hökumətdən yaşayış minimumuna qarşı tədbirlər görməyi, maaşların artırılmasını və dövlət sektorunda kadrların sayını artırmağı tələb ediblər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova