Dünya Özəl

Meksikada dəhşətli vulkan püskürməsi: Uçuşlar ləğv edildi

Meksikada dəhşətli vulkan püskürməsi: Uçuşlar ləğv edildi

Meksikada “Popokatepetl” vulkanının aktivləşməsi bir sıra problemlərə səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, “Popokatepetl” vulkanının 77 dəfə kül püskürməsindən sonra "ikinci səviyyə" həyəcan siqnalı verilib.

Duman və kül səbəbiylə bəzi aviaşirkətlər paytaxt Mexikodakı Benito Xuarez Beynəlxalq Hava Limanında uçuşları təxirə salıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova