Dünya Özəl

Bayden və Tramp eyni gündə Meksika sərhədinə səfər edəcəklər

Bayden və Tramp eyni gündə Meksika sərhədinə səfər edəcəklər

ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp eyni gündə Meksika ilə sərhəddə yerləşən Texas ştatına səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Bayden cümə axşamı Texas ştatının Brownsville şəhərinə səfər edəcək.

Prezident səfər zamanı Sərhəd Patrulunun rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və yerli liderlərlə görüşəcək.

Digər tərəfdən, prezidentliyə namizəd Donald Tramp, fevralın 29-da Meksikanın “Eagle Pass” şəhərinə səfər edəcəyi barədə məlumat paylaşıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova