Qırğızıstanlı rəssam Azamat Canaliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portretini hazırlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumatda, 38 yaşlı Azamat Canaliyevin prezident Ərdoğanın 70 illik yubileyi üçün xüsusi əsər hazırladığı bildirilib.
Əsərdə 70 min mismar və teldən istifadə edildiyi açıqlanıb.
Xüsusi portreti illər əvvəl hazırlamağa qərar verdiyini bildirən Canaliyev, “Cənab prezident Ərdoğanın portretini 7 ayda emalatxanamda 70 min qızıl mismar və məftillə hazırladım”,- deyə əlavə edib.
Aysu Demokrat.az


