Dünya Özəl

Bu ölkədə marixuananın istehsalı və saxlanması qanuniləşdi

Bu ölkədə marixuananın istehsalı və saxlanması qanuniləşdi

Almaniyada fərdlərə və könüllü təşkilatlara məhdud miqdarda marixuana yetişdirmək və saxlamağa icazə verilib.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniya Bundestaqı qərar qəbul edib.

Belə ki, mübahisəli iclasdan sonra keçirilən səsvermədə qanun layihəsi 226 əleyhinə 407 səslə qəbul edilib.

Bununla da, ölkə ərazisində 25 qrama qədər marixuananın istehsalı və saxlanması qanuniləşib.

Qeyd edək ki, qanun aprelin 1-dən qüvvəyə minəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova