Dünya Özəl

Braziliyada torpaq sürüşməsi: Ölənlər var

Braziliyada torpaq sürüşməsi: Ölənlər var

Braziliyanın Rio-de-Janeyro əyalətində sel və torpaq sürüşmələri nəticəsində 8 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata əsasən, ştat üzrə 100-dən çox insan evsiz qalıb.

Əlverişsiz hava şəraitinin davam etdiyi bölgədə səlahiyyətlilər sürüşmə və daşqın təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, yanğınsöndürmə və polis briqadalarının hələ də çata bilmədiyi bəzi ərazilərdə əhali axtarış-xilasetmə işləri aparmağa çalışır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova