Dünya Özəl

Fransa və Çinə casusluq edən şübhəlilər saxlanıldı

Fransa və Çinə casusluq edən şübhəlilər saxlanıldı

Türkiyədə casusluq edərək əldə etdikləri məlumat və sənədləri Fransa və Çin kəşfiyyat orqanlarına ötürən 10 şübhəli tutulub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, özünü cəmiyyətə jurnalist kimi təqdim edən şəxslər Türkiyədəki siyasi partiyalarla əlaqə saxlamağa çalışıb.

Şübhəlilərin məxfi, Türkiyədəki suriyalı qaçqınlar və Türkiyənin immiqrasiya siyasətləri ilə bağlı reallığa uyğun olmayan məlumatları və sənədləri yaydığı müəyyən edilib.

Təhlükəsizlik orqanları tərəfindən təqib edilən və bir ildir casusluq etdiyi ifşa olunan şəxslər saxlanılıb. Saxlanılan şəxslər həbsxanaya göndərilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova