İspaniyada etirazlar çərçivəsində minlərlə fermer paytaxt Madriddə toplaşaraq traktorları ilə yolları bağlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, şəhər mərkəzinə 5 əsas yoldan daxil olmaq istəyən fermerlərə Qubernatorluğun qərarı ilə bir çox nöqtədə jandarma və polis müdaxilə edib.
Təxminən 600 traktordan yalnız 50-nin şəhər mərkəzinə girməsinə icazə verildiyi halda, traktorları ilə şəhərdən kənarda qalan fermerlər şəhər yollarını bağlayıblar.
Fermerlərlə təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb.
Etiraz aksiyaları hələ də davam etdirilir.
Aysu Demokrat.az


