ABŞ-nin Nyu-York şəhər hökumətini təmsil edən bir çox təşkilat “Meta”, “TikTok”, “Snap” və “Google” sosial media platformalarını məhkəməyə verib.
Demokrat.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Bildirilib ki, Nyu-York administrasiya üzvləri, sözügedən platformaların gənclərə mənfi təsir göstərməsini əsas gətirərək məhkəməyə müraciət ediblər.
Səlahiyyətlilər bu platformaları ictimai narahatlıq yaratmaqda, insanları aludəçiyə çevirməkdə və gənclərin psixi sağlamlığına mənfi təsir göstərməkdə ittiham edirlər.
Aysu Demokrat.az


