Meksika Prezidenti Andres Manuel Lopez Obrador ABŞ-dən qeyri-qanuni yollarla ölkəyə gətirilən 50 min ədəd silahı ələ keçirdiklərini bəyan edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Meksikada mütəşəkkil cinayətkarlıqla mübarizədə ələ keçirilən silahların 70 faizi ABŞ-nin Texas əyalətindən gətirilib.
Prezident vəzifəyə gəldiyi gündən bu yana ölkəyə qeyri-qanuni yolla gətirilən 50 min silahın müsadirə olunduğunu da vurğulayıb.
Aysu Demokrat.az


