Hadisə Özəl

Dəm qazından zəhərlənən cütlük dünyasını dəyişdi

Dəm qazından zəhərlənən cütlük dünyasını dəyişdi

Türkiyədə sobadan sızan dəm qazından zəhərlənən ər və arvad həyatını itirib.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Bursa vilayətində baş verib.

Ailənin oğul övladları evə gələrkən, dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, dəm qazı zəhərlənməsindən 66 yaşlı kişi və 65 yaşlı həyat yoldaşının vəfat etdiyi məlum olub.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları cəlb olunub.

Polis qrupları tərəfindən hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

D
demokrat.az