ABŞ Ukrayna, İsrail və Tayvana 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, ABŞ Senatı aylarla davam edən müzakirələrdən sonra Ukrayna, İsrail və Tayvana ümumi dəstək paketini təsdiqləyib.
Səsvermədən əvvəl bir qrup senator Ukraynaya 60 milyard dollar yardımın verilməsinə qarşı çıxıb.
Həmçinin ABŞ-nin xaricə pul göndərmək əvəzinə öz problemləri ilə məşğul olmalı olduğuna işarə edib.
Səsvermədə 70 senator “hə”, 29 senator isə “yox” səsi verib.
Aysu Demokrat.az


