Türkiyənin Balıkəsir vilayətində sərnişin avtobusu aşıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza avtobusun idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


