Gündəm Özəl

Ərdoğan Gezeravcı ilə görüşdü

Ərdoğan Gezeravcı ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kosmos missiyasını uğurla başa vuraraq vətənə qayıdan Alper Gezeravcı ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüş Esenboğa hava limanında baş tutub.

Görüşdə, kosmonavt Gezeravcının ailəsi də iştirak edib.

Gezeravcı Beynəlxalq Kosmik Stansiyada (BKS) keçirdiyi 18 gün ərzində yanında olan Türkiyə bayrağını prezident Ərdoğana təqdim edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Alper Gezeravcıya saat hədiyyə edib.

Görüşdə həmçinin, prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır da iştirak edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova